#

Haqqımızda

2020-ci ildə yaranmış “CN Poliqraf" MMC müvafiq sahədə bir sıra tender və kotirovkalarda qalib olmuş, müxtəlif növ kağız, karton, poliqrafiya və çap işləri (dərsliklər, iş dəftərləri, kitablar, bukletlər, blanklar, jurnallar və s.) ilə məşğuldur. Vaxtında və tam keyfiyyətli işlər təhvil verərək qısa müddətdə müştərilərin etimadını qazanmışıq. Şirkətimizdə 64 nəfərdən ibarət peşəkar işçi heyət fəaliyyət göstərir.

Hal-hazırda şirkətimizin balansında 12 ədəd avadanlıq var:
KBA RAPIDA-106, BOBST NOVACUT-106, MULLER MARTINI PRESTO, POLYGRAPH Zirkon forta 660, KBA RAPIDA-74, KBA RAPIDA-105, KOLBUS, MBO, MULLER MARTINI VENTURA MC, KOMORI LITHRONE S40P, OMEGA Performa 110, PERFECTA Master 115 SE.

“CN poliqraf” mətbəəsinin avadanlığı ən qısa müddətdə istənilən tirajın öhdəsindən gəlməyə imkan verir. Biz yalnız peşəkar avadanlıqlardan istifadə edirik. İşçilərimizin peşəkarlığı sayəsində - tərtibatçılardan və dizaynerlərdən tutmuş bitirmə mütəxəssislərinə qədər - istənilən mürəkkəblikdə olan sifarişləri səmərəli şəkildə yerinə yetirə bilərik. “CN poliqraf” şirkəti müştərinin qarşısında duran problemləri nəzərə alaraq unikal ideyalar və həllər təklif edir.

Niyə biz?
Ölçüsündən asılı olmayaraq bütün sifarişlərə məsuliyyətlə yanaşırıq;
Müştərinin fikirlərini diqqətlə dinləyir, eyni zamanda öz ideyalarımızı da təklif edirik;
Çap zamanı ən keyfiyyətli materiallardan istifadə edirik;
Komandamızda işini sevən mütəxəssislər çalışır;
Sifarişləri vaxtında təhvil veririk.

MMC ofset çapla yanaşı rəqəmsal çapla da məşğuldur. Rəqəmsal çap nədir?
Ofset çapdan fərqli olaraq, rəqəmsal çapda şəklin köçürülməsi birbaşa məlumat mənbəyindən - PC, noutbuk, smartfon, flaş-kart və s. baş verir. Şəklin ötürülməsi əlavə hazırlıq prosesini, xüsusən də çap formasının yaradılmasını, klişeləri və s. tələb etmir.

Portfolio

#
#
#
#
#
#
#
#
#
#
#
#
#
#
#
#
#
#